AZ

Yaponiyada uşaq bağçası avtobusu qəzaya uğrayıb, 14 nəfər xəsarət alıb

Bakı, 24 fevral, AZƏRTAC

Yaponiyanın cənub-qərbində yerləşən Fukuoka prefekturasında uşaq bağçasına məxsus avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.

AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində xəsarət alanların doqquzu uşaqdır.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
azertag.az

1Mənbələr