AZ

“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq” – AÇIQ MƏKTUB

Bakı. Trend:

Azərbaycandan bir qrup QHT rəhbəri Böyük Britaniyaparlamentinin İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, LordlarPalatasının spikeri Lord Forsyth of Drumleanə, Beynəlxalq VəkillərAssosiasiyasının prezidenti Claudio Viscoya və Böyük BritaniyanınAzərbaycandakı səfiri Fergus Aulda açıq məktubla müraciətedib.

Trend müraciəti təqdimedir:

“Hörmətli Böyük Britaniya parlamentinin İcmalar Palatasınınspikeri Lindsay Hoyle, Lordlar Palatasının spikeri Lord Forsyth ofDrumlean, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti ClaudioVisco və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld!

Biz – Azərbaycanın insan hüquq və azadlıqları, mədəni irs üzrəixtisaslaşmış bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq,sizlərə Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin vəBeynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutununrəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşıaçıq hörmətsizliyi, yoxlanılmamış və təsdiqlənməmiş, saxtaməlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyaya başlamalarısəbəbindən müraciət edirik.

Onlar “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi”barədə sorğu elan edib.

Əvvəla qeyd olunmalıdır ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlıərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suverenərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalqictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdənsorğuda “Dağlıq Qarabağ” termini hüquqi və tarixi baxımdanyanlışdır və ondan istifadə edilməsi qəbuledilməzdir. Bu,Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşıyönəlmiş çirkin siyasi kampaniyadır. Bu cür yanaşma sorğununobyektivlik və hüquqi etibarlılıq meyarlarına cavab verməyəcəyiniindidən nümayiş etdirir.

Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, hər ikidövlət sülh prosesində böyük tərəqqi əldə edib. Sülh sazişininmətni artıq hazırdır və ötən il avqustun 8-də Vaşinqtonda keçirilənZirvə Görüşü zamanı paraflanıb. Aydındır ki, imzalanacaq sülhsazişi iki dövlət arasında gündəlikdə olan məsələləri əhatə edir.İndiki şəraitdə belə bir sorğunun regiondan kənar aktorlartərəfindən aparılması onun əsas niyyət və məqsədi haqqında böyüksuallar doğurur. Bu təşəbbüsün məqsədi iki ölkə arasındanormallaşma prosesini pozmaq və inamı sarsıtmaq, revanşizmialovlandıraraq separatçı meyilləri canlandırmağa hesablanıb. Bu isəAzərbaycan və Ermənistan arasında normallaşma prosesini ilk gündəndəstəkləyən, hər iki ölkə ilə artıq strateji tərəfdaşlıq quranBritaniya hökumətinin marağında olmamalıdır. O zaman Britaniyaparlamentarilərinin qoşulduğu bu təşəbbüs kimlərin maraqlarınaxidmət edir?

Sorğunun suallarının məzmunu və forması isə onun obyektivaraşdırma məqsədi daşımadığını açıq şəkildə ortaya qoyur. Suallarfaktların neytral şəkildə müəyyən edilməsinə xidmət etmək əvəzinə,sanki artıq “pozuntu”nun “baş verdiyi” fərziyyəsini irəli sürür.Suallarla tanış olan hər kəs aydın şəkildə görə bilər ki, bu sorğubeynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa yönəlmiş,qərəzli və müəyyən maraq qruplarının siyasi sifarişi əsasındahazırlanmış ssenaridir.

Panelin tərkibi və orada təmsil olunan şəxslərin keçmişdəkiziddiyyətli və qərəzli fəaliyyətləri isə onların bu prosesdəkineytrallığı ilə bağlı ciddi suallar doğurur. Paneldə təmsil olunanbritaniyalı deputatlar ötən onilliklər ərzində davamlıanti-Azərbaycan mövqe sərgiləyən şəxslərdir. Maraqlıdır ki, paneldəkeçmişdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü və işğalçılıqsiyasətini dəstəkləyən ənənəvi parlamentarilərdən başqa mövzu üzrəneytral mövqeyə malik heç bir parlamentari daxil edilməyib. Beləolan halda, sorğunun obyektivliyinə kim ümid bəsləyə bilər?Aydındır ki, burada məqsəd hər hansı obyektiv hüquqi nəticəyəgəlmək deyil, artıq mövcud olan qərəzli mövqeyi Britaniyaparlamentində aktiv saxlamaqla normallaşma səylərinə Britaniyahökumətinin dəstəyini səngitməkdir.

Həmçinin sorğunun ilkin mərhələsində Azərbaycanın heç bir rəsmiqurumu ilə əlaqə saxlanılmayıb, toplanan məlumatlar isəyoxlanılmayıb və təsdiqlənməyib. İkinci mərhələdə isə sorğuçərçivəsində suallar yalnız elektron poçt vasitəsiləcavablandırılır ki, bu da prosesin şəffaflığı ilə bağlı haqlısuallar yaradır.

Sorğu çərçivəsində Britaniya parlamentində fevralın 25-dəkeçiriləcək ilk dinləmədə Beynəlxalq Vəkillər Assosiasiyasınınİnsan Hüquqları İnstitutunun (IBAHRI-nin) dəvəti əsasında “Centerfor Justice and Truth” adlı QHT-nin müvafiq hesabat təqdim etməsigözlənilir. CFJT-nin internet səhifəsində yerləşdirilən hesabatdaregionun tarixi geniş şəkildə təhrif olunub, separatizmprizmasından təqdim edilib, Qarabağın Azərbaycan ərazisi olmasıfaktı sual altına alınıb. IBAHRI-nin parlamentdəki ilk dinləmə üçünbu cür qərəzli təşkilata müraciət etməsi sorğunun ümumi məqsədininnədən ibarət olduğunu bir daha ortaya qoyur.

Otuzillik işğal dövründə Ermənistan hakimiyyəti tərəfindənQarabağda və Şərqi Zəngəzurda, həmçinin Ermənistanda Azərbaycanxalqına məxsus yüzlərlə mədəni, dini və tarixi irs nümunələrisistemli şəkildə dağıdılıb, təhqir olunub və mənşəyi təhrif edilib.Eyni zamanda, Azərbaycan xalqına qarşı etnik təmizləmə, müharibəcinayətləri, insanlıq əleyhinə cinayətlər törədilib. Bəs nə üçünIBAHRI sözügedən beynəlxalq hüquq pozuntularına diqqət yetirmir? Bucür yanaşma hüquqi obyektivlik və qərəzsizlik prinsipləri ilə uyğungəlirmi?

Xüsusilə vurğulamaq yerinə düşər ki, IBAHRI öz rəsmiveb-səhifəsində hüququn aliliyinin təmin edilməsini və beynəlxalqfaktaraşdırma sahəsində qərəzsiz hesabatların hazırlanmasını əsasprinsipləri kimi bəyan edir. Əgər IBAHRI hazırkı sorğunudayandırmayacaqsa və bu prinsiplərə uyğun hərəkət etməyəcəksə, buhalda həmin bu müddəaları rəsmi internet səhifəsindənçıxarmalıdır.

Biz bu sorğunun təşəbbüskarlarının fəaliyyətinin Böyük BritaniyaParlamentinin müvafiq etik mexanizmləri çərçivəsində - Britaniyahökumətinin regionla bağlı rəsmi xarici siyasət kursunu sabotajedən addım kimi araşdırılmasını tələb edir və bu qərəzli yanaşmanıhüququn siyasi məqsədlər naminə alətə çevrilməsi presedenti kimikəskin pisləyirik.

Sorğu prosesinin dərhal dayandırılmasını tələb edirik!

Biz Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Aulduməsələni təxirə salınmadan araşdırmağa və baş verən bu təxribatıdayandırmaq üçün fəaliyyətə çağırırıq. Biz bu mövzuda səfir FergusAuld ilə görüşməyə hazırıq”.

Açıq məktubu imzalayıblar:

1. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimaiBirliyinin sədri

2. Rizvan Nəbiyev – “Hüquqi Təhlil və Araşdırmalar” İctimaiBirliyinin İdarə Heyətinin üzvü

3. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan QadınHüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İctimai Birliyininsədri

4. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları CəmiyyətininAzərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri

5. Səidə Qocamanlı – “İnsan Hüquqlarının və QanunçuluğunMüdafiəsi” İctimai Birliyinin sədri

6. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondununrəhbəri

7. Zaur İbrahimli – Azərbaycan Milli QHT Forumunun İdarəHeyətinin üzvü

8. Oğuz Məmmədov – “Zəngi - Tarixi İrsin Öyrənilməsi” İctimaiBirliyinin sədri

9. Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimaiBirliyinin sədri

10. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Köməkİctimai Birliyinin sədri

11. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi”İctimai Birliyinin sədri

12. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimaiBirliyinin sədri.

Seçilən
5
16
az.trend.az

10Mənbələr