AZ

İran və Ermənistan müdafiə nazirləri təhlükəsizlik məsələsini müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Tehranda iranlı həmkarı Əziz Nəsirzadə ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Papikyan özünün “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı müzakirə ediləcək.

Qeyd olunub ki, son illərdə İran və Ermənistan müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik sahələrində münasibətlərini möhkəmləndirib və müdafiə danışıqları bu strateji qarşılıqlı əlaqələrin vacib hissəsi hesab olunur.

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr