AZ

UEFA Prestiannini cəzalandırdı – Vinisius qalmaqalına görə...


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Etika, Nəzarət və İntizam Komitəsi argentinalı yarımmüdafiəçi Canluka Prestiannini “Benfika”nın Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid”lə cavab oyunundan kənarlaşdırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat komitənin bəyanatında öz əksini tapıb.
“Komitə Prestianninin UEFA İntizam Qaydalarının irqi ayrı-seçkilik davranışı ilə bağlı maddəsini pozduğuna görə növbəti UEFA klub yarış oyunundan kənarlaşdırılması qərarına gəlib. Bu, UEFA-nın intizam orqanlarının hazırkı araşdırmanın sonunda qəbul edəcəyi heç bir qərara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat veriləcək”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, Lissabonda keçirilən “Benfika” - “Real Madrid” matçı madridlilərin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Vinisiusun qolu həlledici olub. Mbappenin sözlərinə görə, Vinisius qol vurduqdan sonra künc bayrağının yanında rəqs edib və bu da tribunaların sərt reaksiyasına səbəb olub. Bundan sonra meydanda gərginlik başlayıb. Hücumçu iddia edir ki, “Benfika”nın 25 nömrəli futbolçusu Vinisiusa beş dəfə “meymun” deyib. Braziliyalı futbolçunun hakim Fransua Leteksyeyə müraciətindən sonra oyun təxminən doqquz dəqiqə dayandırılıb. Digər tərəfdən, Vinisius qol sevincindən sonra sarı vərəqə alıb.
Seçilən
6
1
yeniavaz.com

2Mənbələr