Bakı. Trend:
Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahanvilayətinin Dorçe şəhərində helikopter qəzaya uğrayıb.
Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, qəza şəhərin meyvə-tərəvəz bazarının ərazisindəyerə çırpılıb. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyibildirilir.
İranın İsfahan vilayəti Qırmızı Aypara Cəmiyyəti idarəsininmüdiri Mohsen Momeni bildirib ki, hadisə nəticəsində indiyə qədər 4nəfər ölüb, 1 nəfər yaralanıb.