MİDA Şəmkir şəhərində yeni yaşayış kompleksinin layihələndirilməsi ilə bağlı satınalma həyata keçirib.
Banco.az xəbər verir ki, məlumata görə, layihə Şəmkir şəhərində 5,76 hektar torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsini əhatə edir.
Keçirilmiş tenderin qalibi Era Design Group Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə bağlanan müqavilənin məbləği 597 670 manat təşkil edir.