AZ

ASA ilə ACF arasında əməkdaşlıq çərçivəsində görüş keçirildi - FOTOLAR

Fevralın 23-də Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Cüdo Federasiyası (ACF) arasında əməkdaşlıq çərçivəsində cüdo məşqçilərinin səviyyə üzrə sertifikatlarının təqdimetmə mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, mərasimdə çıxış edən ASA-nın rektoru Fuad Hacıyev ölkədə idman təhsilinin keyfiyyətinin artırılması, məşqçi hazırlığı sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun kadrların yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu federasiya ilə Akademiya arasında səmərəli əməkdaşlığın cüdo idman növünün inkişafına mühüm töhfə verdiyini bildirib, sertifikatlaşdırma prosesinin məşqçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynadığını qeyd edib.

Akademiyanın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxışında ASA və ACF arasındakı bu əməkdaşlıq modelinin həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasına müsbət təsir edəcəyini bildirib.

ASA-nın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə sertifikatlaşma proqramı çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli təlimlərin ümumi icmalını bölüşüb.

Daha sonra cüdo məşqçiləri üçün I və III səviyyələr üzrə, eləcə də “Təlimçi təlimi” proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Seçilən
13
50
unikal.az

10Mənbələr