
“Volvo Cars” şirkəti akkumulyatorun həddindən artıq qızması riski ilə əlaqədar 40 323 ədəd “EX30 SUV” elektrik avtomobilini geri çağırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hissələr pulsuz dəyişdirilənə qədər şirkət bu modelin sahiblərinə yanğın riskini aradan qaldırmaq üçün batareya yükünü 70%-ə qədər məhdudlaşdırmağı tövsiyə edir.