Tanınmış boksçular Manni Pakyao və Floyd Meyvezer sentyabrın 19-da revanş görüşü keçirəcəklər.
Far.Az xəbər verir ki, bu barədə "Netflix" striminq xidməti sosial şəbəkə hesablarında məlumat yayıb.
Döyüş Las-Veqas şəhərində baş tutacaq. Hazırda Meyvezerin 49, Pakyaonun isə 47 yaşı var.
Qeyd edək ki, onlar daha əvvəl 2015-ci ildə üz-üzə gəliblər. Həmin qarşılaşmada Meyvezer hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı.