HƏMAS təşkilatı Yəhya Sinvarın yerinə yeni lider seçiminə başlayıb. Vətəninfo.az xəbər verir ki, səsvermə Qəzza boyunca, Qərb sahilində və digər bölgələrdəki HƏMAS üzvləri arasında keçirilir:
“Qəzzalılar artıq gizli səs verib, lakin prosesin digər bölgələrdə başa çatıb-çatmadığı məlum deyil.
Nəticələr açıqlandıqdan sonra yeni lider vəzifəsini bir il müddətinə icra edəcək”.
Qeyd edək ki, HƏMAS lideri Yəhya Sinvar 2024-cü ilin oktyabr ayında Qəzzada 🇮🇱 İsrail qüvvələri tərəfindən öldürülmüşdü.