AZ

Qrizmann da MLS klubuna gedir

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qrizmann da MLS klubuna gedir

"Atletiko"nun hücumçusu Antuan Qrizmann yaxın günlərdə ABŞ-nin "Orlando Siti" klubuna transfer oluna bilər.

QOL.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında danışıqlar tam sürətlə davam edir və son günlərdə əhəmiyyətli irəliləyiş əldə edilib. "Orlando Siti"nin idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra yaxın həftələrdə Qrizmannın kluba qoşulmasını istədiyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı forvard 210 qolla "Atletiko" tarixinin bombardiridir. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Antuanın Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
qol.az

4Mənbələr