AZ

Almaniya ötən il Azərbaycana pivənin litrini 3 manat 40 qəpikdən satıb

2025-ci il ərzində Azərbaycana Almaniyadan 82 min dollar dəyərində 40 min 600 litr (4 min dekalitr) pivə idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Almaniyadan pivə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 36 min dollar və ya 30,5%, miqdar ifadəsilə isə 19 min 800 litr, başqa sözlə 32,8% azdır.

Qeyd edək ki, 2024-cü il ərzində ölkəyə Almaniyadan 118 min dollar dəyərində 60 min 400 litr pivə idxal edilmişdi.

2025-ci ilin nəticələrinə görə Almaniyadan idxal olunan pivənin 1 litrinin orta idxal qiyməti 2,02 dollar (təxminən 3 manat 43 qəpik) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1,95 dollar (təxminən 3 manat 32 qəpik) idi. Bu da illik müqayisədə 0,07 dollar (11 qəpik) və ya 3,6% bahalaşma deməkdir.

2025-ci ildə ümumi idxalın 4,3%-i Almaniyanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 7% olmuşdu.

Seçilən
18
fed.az

1Mənbələr