AZ

Meksikada 23 məhbus həbsxanadan qaçdı

Meksikanın Xalisko ştatının Puerto Vallarta şəhərindəki həbsxanadan iğtişaşlar zamanı 20-dən çox məhbus qaçıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  Ştatın İctimai Təhlükəsizlik Katibi Xuan Pablo Hernande məlumat verib 

Onun sözlərinə görə, Xaliskonu bürüyən iğtişaşlar zamanı məhbusların əlbirləri həbsxanaya atəş açıb. Baş verən atışma zamanı mühafizəçilərdən biri ölümcül xəsarət alıb.

Hakimiyyət orqanları 23 məhbus üçün axtarış orderi verib. Onlar haqqında məlumat federal hüquq-mühafizə orqanlarına ötürülüb.

Xatırladaq ki, Meksikanın Xalisko ştatında ölkənin ən güclü narkotik kartellərindən biri olan Xalisko Yeni Nəsil (CJNG) təşkilatının lideri Nemesio Oseguera Servantes (El Menço) təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı zamanı öldürülüb. Onun ölüm xəbərindən sonra Xaliskoda və ən azı səkkiz digər ştatda iğtişaşlar başlayıb, kartel üzvləri yolları bağlayıb, maşınları yandırıb və mağazaları talan ediblər. Hakimiyyət orqanları gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb və Qvadalaxara və Puerto Vallarta hava limanları müvəqqəti olaraq bağlanıb. 

Gülayə Mecid 

Seçilən
17
1
unikal.az

2Mənbələr