AZ

Zelenskidən ŞOK yanaşma: "...hamımız qaçmalı olacağıq"

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ni Ukraynanın köməyinə çağırdı. Bakıvaxtı.az "LeMonde"fr-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Amerikanın CNN kanalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinə istinad edərək bildirib ki, ABŞ tək bir nəfərə qarşı mübarizə aparan demokratik bir ölkənin tərəfində dayanmalıdır :

"Biz Putinə istədiyi hər şeyi verə bilmərik. Çünki o, bizi məşğul etmək istəyir. Əgər ona istədiyi hər şeyi versək, hər şeyi itirəcəyik - hamımız qaçmalı olacağıq, ya da rus olacağıq".

ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün Vladimir Putinə kifayət qədər təzyiq göstərib-göstərmədiyi soruşulduqda, cənab Zelenski sadəcə "Xeyr" cavabını verib .

Aydın Baxış

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr