AZ

Əməkdar jurnalist Eyruz Məmmədov vəfat etdi

Əməkdar jurnalist, Sumqayıt hadisələrinin araşdırmaçısı, yazıçı-publisist və "Exo Sumqaita" qəzetinin baş redaktoru Eyruz Məmmədov 73 yaşında, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki,  bu barədə onun yaxınları məlumat veriblər.
 
E. Məmmədov 1988-ci ildən etibarən Azərbaycana qarşı törədilmiş erməni-daşnak təxribatlarının tədqiqi və ifşası istiqamətində yorulmadan çalışıb, çoxsaylı tarixi-sənədli filmlərin və 30-dan artıq kitabın müəllifi olub.
Seçilən
5
7
moderator.az

9Mənbələr