AZ

Pentaqonla hərbçilərin süni intellekdən istifadəsi barədə razılıq əldə edilib

BAKI, 24 fevral. TELEQRAF

Amerikalı hərbçilər məxfi sistemlərdə Grok adlı süni intellektdən istifadə edə biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadla yazıb.

Məlumata görə, müvafiq razılaşma İlon Maskın "xAI" şirkəti ilə ABŞ Müdafiə Nazirliyi arasında əldə olunub.

Portalın məlumatına görə, Pentaqon süni intellektdən, o cümlədən silahların hazırlanması və hərbi əməliyyatların aparılması məqsədləri üçün istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, yanvarın əvvəlində Avropa Komissiyası "Grok" süni intellektini "X" sosial şəbəkəsində qadağan olunmuş məzmun yaratmaqda ittiham etmişdi.

Seçilən
17
teleqraf.com

1Mənbələr