AZ

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması 2027-ci ilin əvvəlində yekunlaşa bilər – Elnur Soltanov (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrətexniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın“CESİ” şirkəti məsləhətçi şirkət seçilmişdir. Bu məsləhətçi seçimiilə ilkin araşdırmaların 11 aylıq müddətdə aparılmasıplanlaşdırılır, yəni texniki-iqtisadi əsaslandırma 2027-ci ilinəvvəllərində yekunlaşa bilər.

Bunu Trend-əözəl müsahibəsində Azərbaycanın energetika nazirinin müavini ElnurSoltanov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan, Qazaxıstanvə Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və Avropaya“yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur:

“Məsləhətçi şirkətinin seçimi bu mərhələdə layihənin keyfiyyətlivə vaxtında tamamlanması üçün vacibdir, çünki əsaslandırma olmadaninvestisiya və tikinti mərhələsinə keçmək mümkün deyil. Bu,layihənin ümumi zaman qrafikinə birbaşa təsir göstərəcək”.

Nazir müavini bildirib ki, bərpa olunan enerji sahəsində mühümlayihələrin icrası qarşıya qoyulmuş strateji hədəflərin mərhələlişəkildə reallaşdırılmasına imkan yaradır:

“Bu çərçivədə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin“Masdar” şirkəti tərəfindən inşa edilmiş, Xəzər regionunda və MDBməkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə“Qaradağ” GES istismara verilmişdir.

Eyni zamanda, cari ilin 8 yanvar tarixində Səudiyyə ƏrəbistanıKrallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVtgücündə “Xızı–Abşeron” KES-in rəsmi açılış mərasimi keçirilmişdir.Qeyd olunan layihələrin uğurla icra olunması ölkəmizdə bərpa olunanenerji üzrə müəyyən edilmiş hədəflərin həyata keçirilməsində mühümmərhələ kimi qiymətləndirilir.

“Meqa” layihə çərçivəsində “Masdar” şirkəti tərəfindən 445 MVtgücündə “Biləsuvar” GES, 315 MVt gücündə “Neftçala” GES, 240 MVtgücündə “Abşeron-Qaradağ” KES layihələri icra edilir. 2025-ci ilin2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneliquraşdırılmışdır. Hazırda stansiyanın tikintisi davametdirilir”.

E. Soltanov qeyd edib ki, bununla yanaşı, digər prioritetlayihələrin icrası da davam etdirilir:

“İşğaldan azad olunmuş ərazilərdə 240 MVt gücündə “Şəfəq” GES,hər biri 50 MVt gücündə “Şəms” və “Üfüq” GES layihələrinin,Naxçıvan Muxtar Respublikasında ümumi gücü 50 MVt olan 2 ədəd GESlayihəsinin icrası istiqamətində işlər həyata keçirilir. Eynizamanda, Çin Xalq Respublikasının şirkətləri ilə bərpa olunanenerji sahəsində mühüm əməkdaşlıq sənədləri imzalanıb, dənizdə vəquruda bir sıra mühüm bərpa olunan enerji layihələrinin icrasınəzərdə tutulur”.

Xəzər dənizində külək enerjisi layihəsi ilə bağlı 5 müxtəlifərazinin seçildiyini xatırladan nazir müavini hazırda həmin zonalarüzrə işlərin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə,Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsiölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl enerjihədəflərinə çatılması baxımından strateji əhəmiyyət kəsb edir:

“Dənizdə bərpa olunan enerji mənbələrinin texniki potensialı 157QVt həcmində qiymətləndirilir. Sözügedən potensialdan səmərəliistifadə olunması məqsədilə bir sıra müqavilələr imzalanıb. İlkinmərhələdə Xəzər dənizində külək enerjisi layihələrinin icrası üçünpotensial ərazilər müəyyən edilib, bu ərazilər üzrə müvafiq dövlətqurumlarından rəy alınıb, nəticədə sözügedən ərazilər üzrərazılaşma əldə olunub. Hazırda bu ərazilərin bərpa olunan enerjimənbələri ərazisi kimi müəyyən olunması istiqamətində işlər davametdirilir”.

E. Soltanov həmçinin üç əsas “yaşıl enerji dəhlizi" — Xəzə-Qaradəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və MərkəziAsiya-Azərbaycan-Avropa — üzrə görülən işlərdən də bəhs edib:“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsiçərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanınötürücü sistemlər operatorlarının iştirakı ilə birgə müəssisəyaradılıb. Avropanı enerji və rəqəmsal kommunikasiya baxımındanQara dənizin hər iki sahili ilə, eləcə də Xəzər dənizi regionu iləbirləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının bu ilinbirinci rübü ərzində yekunlaşması gözlənilir. Layihənin 1-ciseqmentinin 2032-ci ildə, 2-ci seqmentinin 2036-ci ildə, 3-cüseqmentinin isə 2040-ci ildə yekunlaşması nəzərdə tutulur.Layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin(ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planına (TYNDP) daxiledilməsi ilə bağlı müraciətə müsbət cavab verilib və layihə20.10.2025-ci il tarixində TYNDP 2026 layihə portfelində yer alıb.Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq MaraqlıLayihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək”.

E. Soltanov vurğulayıb ki, digər iki dəhliz –“Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” dailkin texniki-iqtisadi araşdırma və razılaşma mərhələsindədir:“Azərbaycan və Türkiyə enerji infrastrukturlarının inteqrasiyası vəNaxçıvan vasitəsilə elektrik ixracının həyata keçirilməsiistiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində “Cəbrayıl”enerji qovşağının yaradılması məqsədilə 330/110/10 kilovoltluq2x250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası tikilərək istifadəyəverilmişdir. Zəngəzur dəhlizi ilə Ermənistan və/ və ya İrandankeçməklə Cəbrayıl enerji qovşağı ilə Naxçıvanı birləşdirən 330kV-luq elektrik verilişi xəttinin çəkilməsi və Naxçıvanda 330kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulur”.

Nazir müavini müsahibəsində eyni zamanda Azərbaycan, Qazaxıstanvə Özbəkistan arasında imzalanmış Transxəzər Enerji Dəhlizisazişinin regionun enerji arxitekturasında üstünlüklərindən dədanışıb. O vurğulayıb ki, “Azərbaycan Respublikası, QazaxıstanRespublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşılenerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıqhaqqında Saziş” regionda enerji əməkdaşlığının daha dagenişləndirilməsinə töhfə verir: “Bu saziş Mərkəzi Asiyadan böyükhəcmdə enerjini Avropa bazarlarına birləşdirəcək yeni “yaşılenerji” marşrutlarının yaradılmasına zəmin yaradır. Üç ölkəninenerji sistemlərinin daha sıx inteqrasiyası regional enerji axınıvə sabitliyini gücləndirə, Avropanın enerji diversifikasiyasınatöhfə verə bilər. Nəticədə, əsasən qaz və digər karbohidrogenenerji mənbələrindən asılılıq azalaraq, bərpa olunan enerji payıartacaq. Bu saziş, həmçinin regional əməkdaşlığı daha dadərinləşdirərək enerji təhlükəsizliyi sahəsində yeni iqtisadi vəgeosiyasi üstünlüklər yaradacaqdır”.

Nazir müavini, həmçinin bu ilin əvvəlində Bakıda imzalananAzərbaycan–İtaliya Birgə Hökumətlərarası Komissiyasının 6-cıiclasının Protokolu və bunun iki ölkə arasında yaşıl enerjisahəsində əməkdaşlığa təsirləri ilə bağlı fikirlərini də bölüşüb. Oxatırladıb ki, 6-cı iclasın Protokolu ilə Azərbaycan və İtaliyaarasında 73 fəaliyyət istiqamətini əhatə edən 2026–2027-ci illərüçün Əməkdaşlıq Fəaliyyət Planı təsdiqlənib: “Sözügedən FəaliyyətPlanı energetika da daxil olmaqla çoxsaylı sahələrdə əməkdaşlığıngenişləndirilməsini nəzərdə tutur. Yaşıl enerji sahəsindəəməkdaşlıq karbon azaldılması və bərpa olunan enerji sahəsindəinvestisiya və texnologiya mübadiləsini stimullaşdıra bilər.“Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi Avropaya bərpaolunan enerjinin nəqli üçün yeni marşrut yaradır və Azərbaycanın buistiqamətdə rolunu artırır. Bu dəhliz Avropanın enerjitəhlükəsizliyini gücləndirərək neft və qazdan başqa təmiz enerjimənbələrini təmin etmə potensialını genişləndirir. İtaliya və digərAvropa ölkələri üçün bu marşrut, enerji diversifikasiyası, ixracşaxəliliyi və bərpa olunan enerjinin artan tələbatını ödəməkbaxımından strateji üstünlüklər yaradır”.

E. Soltanov sonda bu il və orta perspektivdə Azərbaycanın “yaşılenerji” siyasətində əsas prioritetlər və istiqamətlərlə bağlıbunları qeyd edib: “Azərbaycanın uzunmüddətli sosial-iqtisadiinkişaf strategiyasına uyğun olaraq formalaşdırılan “yaşıl enerji”siyasəti 2026-cı ildə enerjidən səmərəli istifadənin təminedilməsini, bərpa olunan enerji mənbələrinin genişləndirilməsini,böyükmiqyaslı külək və günəş layihələrinin icrasını, enerjisektorunun mərhələli dekarbonizasiyasını, ixrac potensialınınartırılmasını və regional-beynəlxalq enerji əməkdaşlığınıngücləndirilməsini əhatə edir.

2030-cu ilə qədər 6 QVt, 2032-ci ilə qədər isə 8 QVt gücündəkülək və günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur.Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş,külək stansiyalari və damüstü panellər hesabına istehsal gücünün1,6 QVt-a çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanınazaldılması planlaşdırılır”.

Seçilən
22
az.trend.az

1Mənbələr