Bakı. Trend:
Serbiyanın hüquq-mühafizə orqanları ölkə Prezidenti AleksandarVuçiçə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki şəxsi həbsedib.
Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub: “Daxili İşlər Nazirliyinin əməkdaşlarıD.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü)saxlayıb. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunuzorla dəyişdirmək, silah əldə etməklə yüksək dövlət orqanlarınıdevirmək, həmçinin Serbiya Respublikasının Prezidentinə, onun həyatyoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyininəməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər.”
Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işiisə Kralevodakı Ali Prokurorluğa göndəriləcək.