ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya tarixində ilk dəfə olaraq banan idxalı üçün rəsmi dövlət standartını (GOST) qəbul edib. 2026-cı ilin mart ayından qüvvəyə minəcək yeni qaydalara əsasən, ölkəyə gətirilən bananların keyfiyyətinə və ölçüsünə ciddi nəzarət ediləcək.
Milli.Az xəbər verir ki, Rusiyaya idxal edilən hər bir bananın uzunluğu ən azı 14 santimetr olmalıdır. Bundan kiçik meyvələrin satış məqsədilə ölkəyə girişi qadağan edilir.
İdxal zamanı bananların yaşıl və ya açıq yaşıl rəngdə olması icbaridir. Sarı (artıq yetişmiş) bananların idxalı məhdudlaşdırılır. Məqsəd meyvələrin istehlakçıya çatana qədər Rusiyadakı xüsusi anbarlarda yetişməsini təmin etməkdir.
Bir banan demetində (salxımında) ən azı 3 ədəd meyvə olmalıdır. Demet daxilində yalnız bir ədəd zədələnmiş meyvəyə icazə verilir, o şərtlə ki, onun saplağı yaşıl qalsın.
Yeni qaydalar meyvənin dadına da təsir edir; kəsildikdə süd şirəsi ifraz etməli və yüngül xiyar ətri verməlidir.
Rusiya Standartlaşdırma Qurumu (Rosstandart) bildirir ki, bu addım bazarda aşağı keyfiyyətli məhsulların qarşısını almaq və istehlakçıları standartlara cavab verən təzə meyvə ilə təmin etmək üçün atılıb. Eyni zamanda, Rusiya son illərdə Ekvador bananından asılılığı azaltmaq üçün Hindistan kimi ölkələrdən idxalı artırır və ölkənin cənubunda (Stavropol və Soçi) istixana şəraitində banan yetişdirilməsi layihələrinə başlayıb.Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.