AZ

"Bizi çətin bir oyunun gözlədiyini bilirik" - "Nyukasl"ın futbolçusu

"Nyukasl"ın futbolçusu Ceykob Merfi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O qeyd edib ki, gərgin oyun qrafikinə və "Qarabağ"a qarşı ilk matçdakı böyük hesablı qələbəyə (6:1) baxmayaraq cavab görüşünə ciddi yanaşırlar:

"İlk növbədə yenidən evə qayıtmaq çox xoşdur. Ardıcıl dörd çətin səfər matçından sonra sanki öz doğma evimizə qayıdırıq. Bütün komanda bunu səbirsizliklə gözləyirdi. Azarkeşlərimizin qarşısında, öz stadionumuzda oynamaq bizə əlavə güc verir. Sabah (bu gün) bizi çətin bir oyunun gözlədiyini bilirik".

Mətləb

Seçilən
22
sia.az

1Mənbələr