AZ

“Mançester Yunayted” səfərdə “Everton”a qalib gəlib VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Everton” və “Mançester Yunayted” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, “qırmızı şeytanlar” 1:0 hesabı ilə qalib gəliblər. Oyun Liverpuldakı “Hill Dikinson” stadionunda baş tutub.

Oyunun yeganə qolunu Benjamin Şeşko 71-ci dəqiqədə vurub.

Bu oyundan sonra “Everton” İngiltərənin yüksək liqa turnir cədvəlində 37 xalla doqquzuncu, “Mançester Yunayted” isə 48 xalla dördüncü yerdədir.

Növbəti turda “Everton” 28 fevralda səfərdə "Nyukasl Yunayted”la qarşılaşacaq, “Qırmızı şeytanlar” isə 1 martda “Kristal Palas”ı qəbul edəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
icma.az

2Mənbələr