AZ

“Barselona” PSJ-ninLamin Yamal üçün təklifini qəbul etməyib

BAKI, 24 fevral. TELEQRAF

Fransanın “Pari Sen-Jermen” klubu iki il əvvəl İspaniyanın “Barselona” komandasına futbolçu Lamin Yamal üçün 250 milyon avro təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Joan Laporta bildirib. Onun sözlərini sosial şəbəkə "X"də jurnalist Fabritsio Romano yayıb.

Joan Laportanın sözlərinə görə, PSJ iki il əvvəl kluba Lamin Yamalın transferi üçün 250 milyon avro təklif etsə də, “Barselona” bu təklifi qəbul etməyib. Klub rəhbəri qeyd edib ki, həmin vaxt futbolçunun 17 yaşı olub və bəziləri bu qərarı ağılsızlıq kimi qiymətləndirib.

Hazırda 18 yaşı olan Lamin Yamal “Barselona”nın yetirməsidir. O, komanda ilə 2024/25 mövsümündə İspaniya çempionu olub, həmçinin ölkə kubokunu və superkubokunu qazanıb. Hücumçu 2023-cü ildə də İspaniya çempionu adını qazanıb, 2026-cı ildə isə ölkə superkubokunun sahibi olub. İspaniya milli komandasının heyətində isə Avropa çempionatının qalibi olub.

Seçilən
26
teleqraf.com

1Mənbələr