AZ

“Baxmırsınızsa, o müğənniləri haradan tanıyırsınız?!”

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Problem həmişə aparıcı və qonaqlarda deyil. Onların belə bir bəraəti var ki, xalq bunu tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Murad Arif İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində gündəmi zəbt edən mövzunu şərh edərkən deyib.

“Hansı xalq bunu tələb edir? Bunu tələb etməyənlər xalq deyilmi? Gizlin-gizlin hamısı qoşub baxır bu mahnılara. Bir az maskalarımızı çıxarıb özümüz olaq. Hamı da hamını tanıyır. Hardan tanıyırsan? Baxmırsınızsa, hardan tanıyırsınız? Baxırsınız da. Mənə elə gəlir ki, efirlərimiz çoxdur. Məsələn, 5-6 özəl kanal 11-12 saat müğənnili efir verirsə, demək ki, bu kanallar çoxdur. 2-si bəlkə bəs edərdi. Bəlkə o ikisi arasında rəqabət olardı. Sənin üçün gün ərzində 12 saat müğənni laqqırtısı kontentdirsə, məni bağışlayın, sən kanal deyilsən”, - deyə o bildirib.

Daha ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr