AZ

CAR bütün BMT üzvlərini Fələstin dövlətini tanımağa çağırdı

CAR bütün BMT üzvlərini Fələstin dövlətini tanımağa çağırdı

Cənubi Afrika Respublikası (CAR) Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan bütün dövlətlərə müraciət edərək, Fələstin dövlətini rəsmən tanımağa və Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Ronald Lamola BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyasında çıxışı zamanı bəyan edib.

Nazir Lamola Cənubi Afrikanın Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu müdafiə etməkdə qərarlı olduğunu vurğulayıb:

"Cənubi Afrika Fələstin xalqına olan sarsılmaz dəstəyini və həmrəyliyini bir daha bəyan edir. Bütün üzv dövlətləri Fələstin dövlətini tanımağa və bu xalqla birlikdə hərəkət etməyə çağırırıq".

Lamola çıxışında İsrailin hərəkətlərini sərt tənqid edib və davam edən müharibəyə son qoyulmasının vacibliyini qeyd edib. O, həmçinin Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin daimi olaraq öz torpaqlarından didərgin salınması cəhdlərinin dayandırılmasını tələb edib.

Ronald Lamola BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albaneze başda olmaqla, təşkilatın xüsusi prosedur rəsmilərinə qarşı edilən hücumlardan dərin narahatlığını ifadə edib:

"Bu rəsmilər insan hüquqlarının təşviqi və qorunmasında kilit rol oynayırlar, ona görə də onlar müdafiə olunmalıdırlar. Sülhün ilkin şərti qarşılıqlı anlayışdır. Gəlin gələcək nəsillərə nifrət və qərəz mirası qoymayaq".

Seçilən
23
afn.az

1Mənbələr