Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay Azərbaycana gəlib.
Publika.az xəbər verir ki, F.Oktay bu barədə "X"dəki hesabında yazıb.
"Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri olaraq "10-cu Türkiyə - Azərbaycan - Gürcüstan Parlamentlərinin Xarici İşlər Komitələrinin Üçtərəfli Birgə Görüşü"ndə iştirak etmək və rəsmi danışıqlar aparmaq üçün Azərbaycandayıq.