AZ

Mastantuono “Real Madrid”in son üç matçında oynamayıb

La Liqanın son oyununda “Real Madrid” məğlubiyyətlə üzləşdi və liderliyi “Barselona”ya verib.

İdman.Biz bildirir ki, argentinalı cinah oyunçusu Franko Mastantuono 23-cü turda “Valensiya”ya qarşı oyundan bəri oynamayıb.

“Valensiya”ya qarşı oyunda Mastantuono vacib anda topu hücumçu Kilian Mbappeyə ötürməyib. O, fransız hücumçuya ötürmə etmək əvəzinə, Mbappe daha yaxşı mövqedə olsa da, qapıya zərbə endirməyi seçib. Daha sonra Mbappe argentinalı oyunçunun oyunundan narazılığını bildirib. Mastantuono o vaxtdan bəri oynamayıb.

21 fevralda “Real Madrid” 25-ci turda “Osasuna”ya 2:1 hesabı ilə uduzdu və turnir cədvəlində ikinci yerə düşdü. 25 La Liqa oyunundan sonra komandanın 60 xalı var ki, bu da “Barselona”dan bir xal geridədir.

İdman.Biz
Seçilən
10
1
idman.biz

2Mənbələr