Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Son günlər televiziya kanallarından birində yayımlanan verilişin qonaqları birmənalı qarşılanmayıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkə platforması "TikTok"da məşhurlaşan bir neçə fenomen eyni proqramda qonaq qismində dəvət olunub.
Onlar efirdə öz bacarıq və performanslarını nümayiş etdiriblər. Lakin bu addım tamaşaçıların hamısı tərəfindən müsbət qiymətləndirilməyib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi izləyicilər "TikTok qəhrəmanları"nın televiziya məkanında təbliğinin doğru olmadığını bildiriblər.
Tənqid edənlər hesab edir ki, efir məkanında daha peşəkar və ictimai nüfuzu olan şəxslərə üstünlük verilməlidir.
Mövzu ətrafında müzakirələr sosial platformalarda davam edir.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.