AZ

İtaliya HHQ-də korrupsiya SKANDALI: 17 milyon avroluq hissələr YOXA ÇIXDI

İtaliyada hərbi təyyarə hissələrinin kütləvi mənimsənilməsi faktı aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya KİV-ləri məlumat yayıb.

İtaliyada aviasiya ehtiyat hissələrinin irimiqyaslı oğurlanması hadisəsi üzə çıxarılıb.

İtaliya hərbi təyyarələrinin təmiri üzrə dövlət sifarişinin icrası zamanı ümumi dəyəri 17 milyon avro (təxminən 31 milyon 110 min manat) olan 2500 ədəd aviasiya komponenti mənimsənilib.

Faktla bağlı saxlanılanlar arasında İtaliya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli nümayəndələri və təmir işləri ilə məşğul olan şirkətin rəhbərliyi var.

Cinayətkar sxemin dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə qurulduğu bildirilir.

Hazırda hadisə ilə bağlı genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr