Istanbulda həvəskar liqanın final oyunu zamanı qapıçı Muhammet Uyanık topu uzaqlaşdırarkən meydanın üzərindən uçan qağayıya zərbə endirib. Quş meydançaya düşdükdən sonra komandanın kapitanı Qeni Çatan dərhal ona yaxınlaşaraq süni ürək masajı edib və daha sonra baytarlara təhvil verib.
Hadisədən sarsıldığını bildirən qapıçı bunun canlı varlıq olduğunu anlayanda şok yaşadığını deyib. Məlumata görə, qağayı sağ qalıb, lakin qanadları ciddi zədələndiyi üçün uçma qabiliyyətini itirib. Oyun isə İstanbul təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.