Paytaxtın Səbail rayonunda yerləşən məşhur "Shah Palace" restoranında tüstülənmə hadisəsi baş verib. Hadisə ilə bağlı görüntülər yayılıb.
Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən restoranın havalandırma borusunda tüstülənmə qeydə alınıb.
Nazirliyin əməkdaşları tərəfindən tüstülənmənin qarşısı qısa müddətdə alınıb.