"Neftçi" əfsanəvi futbolçusu Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirib.
Klubdan Publika.az-a verilən məlumata görə, 2026/2027 mövsümündən etibarən komandanın 9 nömrəli forması Banişevskinin xatirəsinə istifadədən götürüləcək.
Qərar fevralın 23-də anadan olmasının 80 illiyi tamam olan unudulmaz hücumçunun xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.
Bildirilib ki, Anatoli Banişevski 16 il ərzində "Neftçi"nin 9 nömrəli formasını şərəf və sədaqətlə geyinib, bu nömrə altında çoxsaylı qələbə qolları vuraraq klubun adını yüksəklərə daşıyıb.