Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avropa İttifaqı xarici işlər nazirləri Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyəcəklər.
KONKRET.az xəbər verir ki, Brüsseldə əldə olunan yeganə razılaşma Rusiyaya qarşı artıq qüvvədə olan məhdudiyyətlərin 2027-ci ilə qədər uzadılmasıdır.
Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl Viktor Orban bildirib ki, Macarıstan yeni məhdudiyyətlərin əleyhinə səs verəcək. Onun sözlərinə görə, Ukrayna “Drujba” boru kəməri ilə neft tranzitini bərpa etməyənə qədər Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı istənilən sanksiyalarını bloklayacaq.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə qeyd edib ki, “problem ondadır ki, Kiyev Budapeşti sevmir.”
Bundan əlavə, Budapeşt Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını da bloklamaqla hədələyir.
Yeni məhdudiyyətlərə qarşı çıxan təkcə Macarıstan deyil. Onu Slovakiya da dəstəkləyir.
Yunanıstan, Malta və İtaliya isə Rusiya neftinin daşınması üçün dəniz xidmətlərinə tam qadağa qoyulmasına və üçüncü ölkələrin limanlarına qarşı sanksiyaların tətbiqinə etiraz edirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.