Almaniya təmsilçisi "Kayzerslautern" klubunun şərəfini qoruyan Azərbaycan yığmasının futbolçusu Mahir Emreli zədə səbəbindən yaranan fasilədən sonra yenidən yaşıl meydanlara qayıtması ilə bağlı fikirlərini bölüşüb.
Redaktor.az "Der-betze-brennt" portalına istinadla məlumat verir ki, 28 yaşlı hücumçu arxada qalan zaman kəsiyinin onun üçün heç də asan olmadığını vurğulayıb:
"Bu, mənim üçün həqiqətən, mürəkkəb bir mərhələ idi. İlk növbədə, son bir neçə ay ərzində bərpa prosesində mənə yardım edən və dəstəyini əsirgəməyən hər kəsə minnətdarlığımı bildirirəm. Hazırda özümü fiziki cəhətdən 85-90 faiz hazır hiss edirəm, motivasiyam isə tamdır - 100 faiz. Cari mövsümdə meydanda daha çox dəqiqə keçirmək və daha çox qol sevinci yaşamaq niyyətindəyəm".
Xatırladaq ki, Mahir Emreli ötən gün II Bundesliqa çərçivəsində "Pröyssen" (Münster) klubu ilə keçirilən və 3:2 hesablı qələbə ilə yekunlaşan səfər qarşılaşmasının 88-ci dəqiqəsində oyuna daxil olub.
Qeyd edək ki, Emreli 2025-ci il noyabrın 8-də Almaniya II Bundesliqasında "Herta" ilə görüşdə xəsarət almış və həmin vaxtdan etibarən oyunlardan kənarda qalmışdı.