AZ

Edvin van der Sar 3 ən yaxşı qapıçının adlarını dedi: Mən onun pərəstişkarıyam

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted"in və Niderland millisinin sabiq qapıçısı Edvin van der Sar hazırda karyeralarını davam etdirən 3 ən yaxşı qapıçının adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:

"Manuel Noyeri vurğulamalıyam. Mən əvvəlki kimi onun pərəstişkarıyam. Hətta aldığı zədədən sonra da... Tibo Kurtua və Canluici Donnarummanı da unutmaq olmaz. Donnarumma PSJ-də iki möhtəşəm mövsüm keçirdi. 

Mənim boyum 198 santimetr idi və bu, uğur qazanmağıma yardımçı olan məqamdır. İndi qapıçılar topa çıxanda demək olar ki, həmişə şpaqat açırlar. Futboldakı təkamül qapıçı işinin də incəliklərinə təsir edir. Atıq yeni texnikalar izləyirik".

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr