AZ

YAP ın təşəbbüsü ilə 1600 ə yaxın şəhid ailəsi üzvü və qaziyə ödənişsiz tibbi xidmət göstərilib

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və “Servye Azərbaycan” MMC-nin dəstəyi ilə “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında şəhid ailələri və qazilər üçün 2021–2025-ci illər ərzində respublikanın müxtəlif bölgələrində ödənişsiz tibbi müayinə aksiyaları həyata keçirilib.YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi və institutun aparıcı kardioloqlarının iştirakı ilə Sabirabad, Saatlı, Kürdəmir, Quba, İsmayıllı, Qusar rayonları, Lənkəran və Gəncə şəhərlərində təşkil olunan aksiyalarda 1600-ə yaxın vətəndaşa müxtəlif tibbi xidmətlər göstərilib. Aksiyalarda şəhid ailələri və qazilər professor Tofiq Cahangirovun konsultasiyasından yararlanmaqla yanaşı, rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji, həmçinin qarın boşluğunun ultrasəs müayinələri aparılıb. Bundan başqa müraciət edən vətəndaşlara Bakı şəhərində növbəti müayinə və müalicə üçün şərait yaradılıb.Şəhid ailələri və qazilər üçün ödənişsiz tibbi müayinə aksiyaları 2026-cı ildə də davam etdiriləcək!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
sesqazeti.az

1Mənbələr