AZ

Zelenski sirləri açdı “ŞAHED” Belarusda gizlədilib KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, “Şahed” tipli pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş müasir retranslyator qurğuları Belarus ərazisində yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Ukraynaya, o cümlədən enerji infrastrukturuna qarşı hücumların koordinasiyasında istifadə olunur.

Onun sözlərinə görə, zərbələrin istiqamətləndirilməsi və əlaqələndirilməsi məhz bu tip ötürücü qüllələr vasitəsilə həyata keçirilir. “Biz elə etdik ki, onlardan üç-dördü artıq mövcud deyil. Biz bunu etməli idik”, – deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun öz ölkə ərazisində Moskvanın fəaliyyətlərinə tam nəzarət edə bilməsi ilə bağlı şübhələrini ifadə edib. Zelenskinin sözlərinə görə, Rusiya Belarusda “Oreşnik” raket kompleksinin mümkün yerləşdirilməsi üçün zəmin hazırlayır.

Rəsmi Minsk və Moskva isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
konkret.az

2Mənbələr