AZ

İlkin Fikrətoğlu: “Qəhrəmanımız “Qarabağ” Avropa səhnəsində öldü, amma…”

«Adətən, qəhrəmanlardan bəhs edən filmlər sonda qəhrəmanın ölümü ilə bitir.

Bizim futbol qəhrəmanımız «Qarabağ» da Avropa səhnəsində öldü. Amma həmişəlik yox, bu sezonluq».

Bu sözlər "Sportinfo TV"nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında «Nyukasl»a 1:6 hesabıyla uduzan «Qarabağ» öz dəstəyini ifadə edib:

«Qarabağ»ın qəhrəmanlıq etdiyini, boyundan yox, Azərbaycan futbolu səviyyəsindən çox yuxarı tullandığını futbolu anlayan, vicdanı,

dürüstlüyü olan hər kəs bilir. Hələ də bunu anlamayanlara isə deyək ki, «Qarabağ» Azərbaycan futbolunun tarixində ilk dəfə Çempionlar Liqası kimi turnirdə bu mərhələyə gəlib çıxan tək klubdur.

1/16 final bir yana. liqanını əsas mərhələsinin qapısından cəmi ikinci dəfə içəri keçmişik. Hər ikisini də «Qarabağ» bacarıb.

İndi də gələk, «Qarabağ»ın ölüm səhnəsinə, Ləqəbi «sağsağan» olub, özünü qartal kimi aparan «Nyukas»la.

Çempionlar Liqasının pley-off mərhələsi elə bir səviyyədir ki. burada istənilən nəticə, gözlənilməz darmadağınlar qeydə alınır.

«Yuventus»un İstanbulda darmadağını, «Bodo Qlimit»in özündən hər mənada böyük «İnter»ə dərs keçməsi.

Elə həmin «İnteri»n ötən ilin mayındakı finalda - Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabıyla uduzması.

Bir tunirin ki finalında «İnter» kimi nəhəng 5 cavabsız qolla uduzursa, «Qarabağ» kimi buralara yad bir klubun 1/16 finalda qapısında 6 qol görməsi dünyanını səkkizinci möcüzəsi deyil».

Seçilən
11
sportinfo.az

1Mənbələr