AZ

Türkiyədə kosmos pomidoru yetişdirilib FOTOLAR

ain.az, Azvision saytına istinadən bildirir.

Türkiyə mətbuatının yaydığı məlumata əsasən, artıq 15 aydır ki üzərində iş aparılan layihə ölkənin Elmi-Texnoloji Təhqiqatlar Təşkilatının (TÜBİTAK) dəstəyi ilə həyata keçirilib. Layihə üçün ABŞ-dən Ay və Mars reqolitinə bənzəyən materiallar gətirilib. Xanım Uzildayın sözlərinə görə, Ay və Mars reqolitində üzvi maddələrin həcmi xeyli aşağıdır: "Yer kürəsindəki torpaqla müqayisədə bu planetlərdə təbii həyat yoxdur. Hər halda, bu reqolitlərdə məhdud şəraitdə bitki yetişdirmək mümkündür. Bu istiqamətdə təhqiqat aparır, Ay və Mars reqolitlərini kənd təsərrüfatı üçün yararlı hala gətirməyə çalışırıq".

(Dosent Rəngin Özgür Uzilday) Dosent diqqətə çatdırıb ki, təhqiqatın məqsədi insanların Ayda, yaxud Marsda koloniya qurmağa başlayacağı vaxt alınan təcrübəni birbaşa oraya ötürməkdir: "İlkin nəticələrimizə əsasən, reqolit şəraitində əkdiyimiz pomidor bitkisinin bir neçəsi meyvə verib. Növbəti mərhələdə bu meyvələrin keyfiyyətini, molekulyar quruluşunu araşdıracağıq".

Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azvision.az

2Mənbələr