AZ

“Sabah”ın futbolçusu: “Üzərimizdə əlavə psixoloji yük hiss etmirik”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Növbəti rəqibimiz “Qarabağ”dır. Güclü komandalarla qarşılaşmalar hər zaman bizi motivasiya edir. Bu gün qazandığımız 3 xalı davamlı nəticələrlə möhkəmləndirmək niyyətindəyik. “Qarabağ” üzərində qələbə qazanaraq xal fərqini artırmaq və çempionluq mübarizəsində mövqeyimizi daha da gücləndirmək istəyirik”.

Bu fikirləri “Sabah”ın futbolçusu Timoteuş Puxaç səsləndirib.

27 yaşlı müdafiəçi “Kəpəz” üzərində 1:0 hesablı qələbəni belə şərh edib.

“Rəqib turnir cədvəlində aşağı pillələrdə qərarlaşsa da, meydanda ciddi müqavimət göstərdi. “Kəpəz” həm intizamlı oyunu, həm də azarkeş dəstəyi ilə çətin rəqib olduğunu sübut etdi. Hər iki komanda üçün 3 xal böyük əhəmiyyət daşıyırdı. Sevindirici haldır ki, qarşılaşmadan qalib ayrılan tərəf biz olduq. Üzərimizdə əlavə psixoloji yük hiss etmirik. Hər matça ayrıca hazırlaşır və əsas hədəfimiz olan çempionluq uğrunda mübarizəni davam etdiririk. Mövsümün sonunda bu məqsədə nə dərəcədə nail olacağımız bəlli olacaq”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr