AZ

30 gün oruc tutduqda bədəndə hansı dəyişikliklər baş verir? Günbəgün izah

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünyanın hər yerində milyonlarla müsəlmanın oruc tutduğu ay olan Ramazan ayı başladı. Bəs oruc sağlamlığa necə təsir edir? 30 gün oruc tutan insanın bədənində nə baş verir?

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, insan bədəni son yeməkdən 8 saat sonra, yəni bağırsaqlar son yeməkdə qəbul edilən bütün qida maddələrini tamamilə həzm etdikdə oruc tutduğunu anlayır.

Növbəti mərhələdə bədən enerji ehtiyaclarını ödəmək üçün qaraciyərdə və əzələlərdə qlükozaya müraciət edir. 

Qlükoza istehlak edildikdə, növbəti enerji mənbəyi bədənin yağları olur. Yağın yandırılması arıqlamağa kömək edir, xolesterol səviyyəsini aşağı salır və diabet riskini azaldır.

Qan şəkərinin düşməsi səbəbindən bədəndə zəiflik və süstlük yaranır. Aclıq səviyyəsi ən yüksək olduqda simptomlara baş ağrıları, ürəkbulanma və ağız qoxusu da əlavə olunur.

3-7-ci günlər: Bədən oruca uyğunlaşmağa başlayır. Yağ qəbul edib onu qan şəkərinə çevirir. imsakla iftar arasında su qəbulu azaldığı üçün tərləmə sürətlənir və maye itkisi artır. İftar və sahurda yeməklərdə karbohidratlar və bəzi yağlar qəbul etmək enerji istehsalı üçün vacibdir. Balanslı qidalanma yolu ilə zülal, duz və su kimi müəyyən qida maddələrini qəbul etmək vacibdir.

8-15-ci günlər: Bədəniniz ikinci mərhələyə qədəm qoyub və demək olar ki, tamamilə oruc tutmağa uyğunlaşıb. İngiltərədəki Kembric Universiteti Xəstəxanasının Anesteziya və Reanimasiya üzrə məsləhətçisi Dr. Razin Mahruf bu mərhələnin bədənə bəzi müsbət təsirlərinin də olduğunu söyləyir: 

“Gündəlik həyatda çoxlu kalorili qida qəbul edirik və bədənimiz xəstəliklərin öhdəsindən gəlmək kimi vacib vəzifələri yerinə yetirə bilmir. Oruc zamanı bu vəziyyət yenidən tarazlaşır. Bədən daha vacib funksiyalarına diqqət yetirir və bu da infeksiyalarla mübarizə aparmağı və xəstəliklərdən sağalmağı asanlaşdırır”.

16-30-cu günlər: Ramazanın ikinci yarısında yoğun bağırsaq, böyrəklər və dəri toksinlərdən təmizlənməyə başlayır. Dr. Mahruf deyir ki, bu dövrdə orqanlar maksimum tutumuna qayıdır. O, yaddaşın və diqqətin yenidən gücləndiyini və enerjinin də artdığını vurğulayır.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
olke.az

2Mənbələr