AZ

Avstraliyanın Baş naziri Endryunun varislikdən məhrum edilməsini dəstəkləyib

Avstraliyanın Baş naziri Entoni Albaneze bəyan edib ki, ölkəsi Endryu Mountbatten Vindzorun Böyük Britaniya taxt-tacına varislik xəttindən çıxarılması ilə bağlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerə ünvanladığı məktubda bildirib.

Məktubda qeyd olunub ki, qanun indi tam şəkildə öz axarı ilə getməlidir.

Məlumata görə, Kir Starmer Endryunun varislik xəttindən çıxarılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü gündəmə gətirməyi nəzərdən keçirir. Bu addım onun gələcəkdə kral olmaq ehtimalını aradan qaldırmağa yönəlib.

Keçmiş York hersoqu ötən həftə dövlət vəzifəsində mümkün qanunsuzluq şübhəsi ilə saxlanılıb. İddialara görə, o, Böyük Britaniyanın ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi dövrdə maliyyəçi və pedofiliya ittihamları ilə məhkum olunmuş Cefri Epşteyn ilə məxfi məlumatlar bölüşüb.

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr