AZ

​Ərdoğanın müşaviri Hadisəni yıxdı-sürüdü

Türkiyənin məşhur muğənnisi Hadisə UNICEF üçün video-müraciət hazırlayıb. Sənətçi Ramazan ayında insanları ehtiyacı olan uşaqlara yardım etməyə səsləyib.
Metbuat.az xəbər verir ki, müğənninin müraciətində deyilir: "Ramazan paylaşmaq, ehtiyacı olanlara yardım etmək ayıdır. Qəzzada, Sudanda, Türkiyədə yardıma möhtac olan uşaqlar var. Onlardan dəstəyinizi əsirgəməyin".Məşhur sənətçinin bu sözləri Türkiyənin hakimiyyət dairələrində narazılıqla qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri Oktay Saral Hadisəyə etiraz edib. Saral sosial şəbəkə hesabında etdiyi paylaşımda "Türkiyə yardıma möhtac olan ölkə deyil, Türkiyə yardım edən ölkədir. Türkiyənin adını Qəzza və Sudanla birlikdə çəkmək böyük səhvdir. Bu, natamamlıq kompleksinin əlamətidir. Biz bununla razılaşa bilmərik”, - yazıb.

İqtidar partiyasının minlərlə üzvü və tərəfdarı müzakirələrə qoşularaq Hadisəyə öz etirazını bildirib.

Seçilən
12
1
metbuat.az

2Mənbələr