AZ

ATUİAB sədri Türkiyədə işgüzar səfərdə olub

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) prezidenti, Caspian Capital Holdingin-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan İmanzadə Türkiyə Cümhuriyyətinə işgüzar səfər edib. Bu barədə Newscenter.az-a məlumat verən Ruslan İmanzadə deyib ki, səfərdə məqsəd qardaş ölkədəki bir sıra iş adamları, sahibkarlarla görüş keçirib, onları Özbəkistan, ümumən Mərkəzi Asiyanın investisiya mühiti ilə tanış etmək, birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.ATUİAB sədri qeyd edib ki, səfər çərçivəsində İstanbulda OKTAN Türk Təşkilatının İdarə Heyətinin sədri Rauf Babacan, AG Group Şirkətinin İdarə Heyətinin sədri Günay Əliyeva və s. şəxslərlə görüşərək məsləhətləşmələr aparıb, gələcək fəaliyyət istiqamətlərini müəyyən ediblər:"Səfərimiz çox məhsuldar keçdi və yeni əməkdaşlıq imkanları müəyyənləşdirdik. Həm ATUİAB, həm də Caspian Capital Holdinglə birgə həyata keçirilməsi mümkün olan layihələri türk iş adamları ilə müzakirə etdik".Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
newscenter.az

2Mənbələr