AZ

Avropa ordusu gücləndikcə Rusiya aqressivləşir AÇIQLAMA

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiya-Ukrayna müharibəsi və yaranmış kritik hərbi vəziyyət Avropa ölkələrini müdafiə xərclərini artırmağa və Rusiya qarşısında kollektiv təhlükəsizlik addımlarını gücləndirməyə sövq edir. Xüsusilə Şərqi Avropa dövlətlərinə yeni hərbi paketlər müzakirə olunur.

Şərqi Avropa ölkələri artıq sadəcə bufer zona deyil, NATO-nun əsas hərbi mərkəzinə çevrilir. Avropanın təhlükəsizlik arxitekturası İkinci dünya müharibəsindən bəri ən köklü dəyişiklik dövrünü yaşayır. Əvvəllər NATO üzvləri üçün ÜDM-in 2 faizi qədər xərc hədəf idisə, 2025-ci il Haaqa Sammitindən sonra bu rəqəm “minimum hədd” hesab olunur. 2026-cı il proqnozlarına görə, Avropa üzrə ümumi müdafiə xərcləri 390 milyard avronu keçəcək ki, bu da 2020-ci illə müqayisədə 60 faizdən çox artım deməkdir. Avropa Komissiyası 2026-cı ilin əvvəlində Estoniya, Latviya, Litva, Polşa və Slovakiya kimi ölkələrə hərbi infrastrukturun gücləndirilməsi üçün milyardlarla avroluq maliyyə yardımı ayırıb.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Avropanın NATO-nun hesabına yaşadığı rahat günlər arxada qalıb.

Ekspert bildirib ki, ABŞ prezidenti Donald Tramp avropalıları yuxudan oyadıb:

“İllərlə əldə etdikləri nailiyyətləri öz təhlükəsizliklərini ABŞ-nin hesabına təmin etməklə maddi imkanlarını rifah və inkişaf üçün sərf edən Avropa indi çətin durumdadır. Yenidən ordu formalaşdırmaq, hərbi vərdişlər əldə etmək, müstəqil silah-sursat sistemləri formalaşdırmaq, vətəndaşları hərbiyə köklmək ciddi iş tələb edir. Avropanın müdafiə xərclərini artırmasını Rusiya təhlükəsi fonunda etməsi avropalılar üçün məcburi hal alır. Rusiya üçün bunun mahiyyət etibarilə ciddi fərqi yoxdur. Əvvəla Rusiya Avropa ölkələri qarşısında özünü güclü hesab edir. Çünki onların gözünü çoxdan qorxudub. Trampın da Avropanı sıxması Rusiyanın əlinə oynayır. Avropa tez-tələsik ordu formalaşdırmaq üçün əllərində olan köhnə silahları Ukraynaya veriblər ki, ABŞ-dən yenisini alsınlar”.

Siyasi şərhçi əlavə edib ki, bu məsələdən Tramp onlara qarşı təzyiq kimi istifadə edir. Dediyinə görə,  Kremlin Ukrayna müharibəsi fonunda Avropaya təhlükə yaratmaq imkanları məhduddur. Rusiya Ukrayna ordusu ilə bacara bilmir. Sadəcə ritorik olaraq Avropaya xox gəlir.

Azər Qasımov: Trampın Avropanı sıxması Rusiyanın əlinə oynayır

Müsahibimiz hesab edir ki, Avropa ordusu gücləndikcə Rusiyanın aqressivləşəcəyi mütləq olacaq. Rusiya da arxa planda Avropaya qarşı ordusunu gücləndirir:

“İndiki durumu etibarilə Rusiyanın Avropa üçün ciddi təhdid olacağı mümkün deyil. Avropa Türkiyəni də artıq öz təhlükəsizliyində vacib oyunçuya çevirir. Bu baxımdan Türkiyənin də iştirakı ilə Avropanın çəkindirici gücü Rusiyanı geri oturdacaq”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr