AZ

İlk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq Qarabağ ın ispanı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın yarımmüdafiəçisi Xoni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab oyunundan öncə Bakıdakı mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispaniyalı legioner belə danışıb:

"İlk matçın birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq. İlk yarıda da ikinci hissədəki kimi mübarizə aparmalıydıq. Artıq cavab qarşılaşması barədə düşünməliyik. Özümüzü yaxşı tərəfdən göstərə bilərik

Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Oyunlar heç vaxt asan keçmir. "Qarabağ"dan gözləntilər böyükdür. Ümidləri doğrultmaq istəyirik

Azərbaycanda olmaqdan çox məmnunam. Komanda üçün ən yaxşısını etməyə çalışırıq. Burada tələblər də yüksəkdir. Uğur qazanmaq üçün səylə işləyirik".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.Tərəflərin Bakıdakı görüşü "sağsağanlar"ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr