AZ

Sürücülərdən ciddi narazılıq

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avtomobil sahiblərinin sığorta ödənişləri və xidmət keyfiyyəti ilə bağlı narazılıqları artmaqdadır. AzPost xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda vətəndaşlar PAŞA Sığorta ilə əlaqə saxlamaqda çətinlik çəkdiklərini və zərərin ödənilməsində gecikmələrlə üzləşdiklərini bildirirlər.

Etibar Mirzəyev qeyd edib ki, avtomobili ilə bağlı baş vermiş qəza hadisəsinə görə zərərin qiymətləndirilməsi aparılsa da, proses barədə əlavə məlumat almaq üçün şirkətlə əlaqə yaratmaq mümkün olmayıb. Onun sözlərinə görə, rəsmi internet səhifəsində göstərilən əlaqə nömrələrinə dəfələrlə zəng etsə də, müraciətlər ya cavabsız qalıb, ya da uzun müddət gözləmədən sonra nəticə əldə olunmayıb. 7000 qısa nömrəsi vasitəsilə edilən zənglərin də cavabsız qaldığı və bunun vətəndaşa əlavə vaxt və vəsait itkisi yaratdığı iddia olunur.

Samirə Əsədova isə 2025-ci il 20 dekabr tarixində baş vermiş qəza ilə bağlı qiymətləndirmə prosesinin bir aya yaxın davam etdiyini, zərərin ödənilməsinin isə əlavə bir ay çəkdiyini bildirib. Onun sözlərinə görə, avtomobilin iki aya yaxın zədələnmiş vəziyyətdə qalması gündəlik fəaliyyətinə ciddi maneə yaradıb və maddi itkilərini artırıb. Şikayətçi məsələ ilə bağlı nəzarətçi qurum kimi  Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi müraciət etməyi və məhkəmə qaydasında mənəvi zərərin ödənilməsini tələb etməyi düşündüyünü açıqlayıb.

Digər sürücülər – Tamraz Məmmədov və Elnur Quliyev də əlaqə nömrələrinə cavab verilmədiyini iddia edərək növbəti sığorta seçimində başqa şirkətə üstünlük verəcəklərini bildiriblər.

Qanunvericiliyə əsasən, sığortaçı hadisə ilə bağlı bütün zəruri sənədlər təqdim edildikdən sonra müəyyən olunmuş müddətdə qərar qəbul etməli və ödənişi həyata keçirməlidir. Eyni zamanda, müştərilərlə operativ və şəffaf kommunikasiya təmin olunmalıdır. Mütəxəssislər bildirirlər ki, xidmət keyfiyyəti ilə bağlı ardıcıl şikayətlər sığorta bazarında nəzarət mexanizmlərinin daha da gücləndirilməsini zəruri edir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azpost.info

2Mənbələr