Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 23 fevral, AZƏRTAC
Belarus 2026-cı ilin yanvarından bəri vizasız rejim proqramı çərçivəsində 38 ölkədən 18 min 835 turist qəbul edib.
AZƏRTAC Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Komitəsi məlumat yayıb. Bildirilib ki, 15 aprel 2022-ci ildən bəri Belarus vizasız rejimlə ümumilikdə 1 milyon 277 min 4 turist qəbul edib. Ən çox ziyarətçi Litvadan (669 min), Latviyadan (410 min) və Polşadan (136 min) olub. 19 iyul 2024-cü ildə proqram daha 35 ölkəni əhatə edib və bu ölkələrdən 61 min turist ölkəyə səfər edib.
Ölkədə vizasız rejim 38 Avropa ölkəsinin vətəndaşları üçün 31 dekabr 2026-cı ilə qədər uzadılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.