AZ

Coni Montiel: "Qarabağ"dan gözləntilər böyükdür"

"Çempionlar Liqasında hansısa oyunumuzun asan keçdiyini xatırlamıram və bu, normaldır".

"Cebheinfo.az" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin futbolçusu Coni Montiel deyib.

O bildirib ki, "Qarabağ"dan gözləntilər həmişə yüksəkdir:

"Qarabağ"dan gözləntilər böyükdür. Etimadı doğrultmaq istəyirik. Xoşbəxtlikdən, müxtəlif mövqelərdə çıxış etmək bacarığım var. Amma özümü 10 nömrə mövqeyində daha rahat hiss edirəm. Lakin bilirəm ki, komandada bu mövqedə çıxış edən müxtəlif futbolçular var. Mən baş məşqçinin uyğun gördüyü bütün mövqelərdə komandaya fayda verməyə çalışıram".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr