AZ

I sinfə gedən uşaqların sayı niyə azalır? Ekspert rəyi

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Növbəti tədris ilindən etibarən I sinifə gedəcək uşaqların sayı təbii artımdan dolayı azalacaq. Bu say 110-115 min aralığı proqnozlaşdırılır. 2031-ci ildə isə I sinifə gedəcək şagirdlərin sayı kəskin azalaraq 90-95 min aralığı proqnozlaşdırılır. 2025-2026-cı tədris ili üçün bu say 130 min idi. 10 il öncə bu say 150 min idi. Xatırladım ki, ötən il ölkədə dünyaya gələn uşaqların sayı 95 min 875 nəfər olmub”.

Bu fikri 525.az-a təhsil eksperti Elçin Əfəndi bildirib. Onun sözlərinə görə, I sinfə gedən uşaqların sayı azalır. Demoqrafik vəziyyət narahatlıq doğurur:

“Dünyaya oğlan uşağı gətirmək istəyi ilə selektiv abortlar, yaxud tək övladla kifayətlənmək qərarları ölkədə demoqrafik vəziyyətə çox pis təsir edir. Buna sosial durumun, mümkün dolanışığın aşağı olması və digər faktorlar da müəyyən qədər təsir edir. Digər səbəb son vaxtlar durmadan boşanmaların sayının artmasıdır. Təbii ki, boşanmalar da uşaqların sayının azalmasına təsir göstərən əsas faktorlardan biridir. Başqa bir səbəb kimi sırf maddi imkansızlıq səbəbindən valideynlərin övladlarını təhsildən yayındırmaları halları göstərilir. Bundan əlavə, evlənmə yaşında olan gənclərin izdivaca girmək istəməmələri də bu məsələdə rol oynayır. Qarşıdakı dövr ərzində bu sayın tədricən azalmağa doğru getdiyini görəcəyik. Bununla bağlı dövlət tərəfindən müəyyən sosial layihələr həyata keçirilməli, həvəsləndirici addımlar atılmalıdır".

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr