ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Xəbər verdiiymiz kimi, Azərbaycanda mövcud olan 540 Publik Hüquqi Şəxslərin təxminən 300 – ü birləşdiriləcək. Bu isə həmin strukturlarda çalışanların kütləvi ixtisarı deməkdir.
Bəs görəsən hökümətin bu radikal qərarı büdcənin yükünü nə dərəcədə azaldacaq və bu, yüzlərlə insanın işdən kənarlaşdırılmasına dəyərmi?
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, publik hüquqi şəxslər yaradılarkən əsas məqsəd onların özünü maliyyələşdirməsi idi.
“Lakin bir çoxu hələ də dövlət büdcəsindən maliyyələşir. Təbii ki, bu şəkildə kəskin üsullarla idarəetmənin həyata keçirilməsi işsizliyin artmasına səbəb olacaq.
Sual yaranır: ölkədə bu qədər publik hüquqi şəxsə ehtiyac varmı? Onların funksiyalarını birləşdirmək mümkündürmü? Əgər digər dövlət orqanları bu funksiyaları yerinə yetirirsə, bu paralellik yaranır. Təəssüf ki, ixtisarlar qaçılmazdır. Çünki ölkənin maliyyə vəsaitləri azaldıqca, gəlirlər aşağı düşdükcə, əvvəllər neftin baha olduğu və ölkə gəlirlərinin yüksək olduğu dövrlərdə şişirdilmiş ştatların ixtisar edilməsi zərurəti yaranır”.
Natiq Cəfərli vurğulayıb ki, bunun həlli özəl sektorun, xüsusən kiçik və orta sahibkarlığın inkişafıdır.
“İşini itirən insanlar özlərini bu sahədə tapa, biznes qura və ya kiçik-orta sahibkarlığın inkişafında iştirak edə bilərlər. Hazırda problem ondadır ki, kiçik və orta sahibkarlıq yetərincə inkişaf edə bilmir və yeni iş yerlərinin yaranmasında onların payı çox azdır”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.